Araşdırma & TəhlilAzərbaycan

“Şübhəsizdir ki, bir gün həqiqət parıldayacaq!”

Tarixin bəlkə də ən acı cinayətlərindən biri Ermənistan ordusunun birinci Qarabağ savaşında törətdiyi qətliamlardır. Bir gecədə xanım, uşaq və yaşlı demədən silahsız insanları vəhşicəsinə öldürən Ermənistan ordusu insanlıq tarixinin ən faciəli cinayətlərindən birini işlədi.
Bu gün Xocalı soyqırımını yaşayan və o dəhşətli səhnələrə şahid olan onlarla insan var. Onların hər biri bu insanlıq faciəsini ürək yanğısı ilə dilə gətirir. Ancaq dünya ölkələrinin böyük bir qisminin bu həqiqətləri görmək istəməməsi məyusluq doğurur. Bunun ən son örnəyi də elə uydurma “erməni soyqırımı” ilə ilgilidir. Belə ki, təxribata meyilli olan erməni lobbiləri 1915-ci ildə Osmanlı imperiyası zamanında türk dövləti tərəfindən qətliama olduqlarını iddia edirlər. Bu qondarma fikirlərə görə sanki çox sayda erməni bu hadisələrin qurbanı olub.
Yazıqlar olsun ki, bu gün dünyada tarixi sənədlərə inananlardan daha çox, şəxsi mənafeləri naminə qondarma iddiaların dəstəkçisinə çevrilənlərin sayı üstünlükdə dir. Erməni lobbisinin bu iddiaları özəlliklə Batı dünyasında Türkiyə və türk ulusuna qarşı bir basqı vəsiləsi olaraq qullanılır.
Xəbər verdiyimiz kimi, Amerika prezidenti Co Baydenin “erməni soyqırımı” ifadəsini işlətməsi türk uluslarının haqlı narazılıqlarına səbəb olub. Türkiyə məqamları bu məsələyə geniş etiraz etsələr də, Batı dünyasının bəzi gücləri indilik həqiqətləri yox, işinə yaradığı iddiaları doğru imiş kimi göstərməklə görəvləndirilib. Əlbəttə ki, erməni lobbisi yaranmış fürsətdən istifadə edir.
Hazırda İranda da bu məsələdən son dərəcə yararlanmağa çalışanlar var. İllərdir bu ölkədə qondarma iddialara yüksək səviyyədə dəstək verilir. Bu il də Tehran ilə İsfahanda yalan fikirlər mətbuatın gündəmə çevrilib.
Çoxunluqda şiə məzhəbinə etiqadı olan azərbaycan türklərinin Xocalıda qətlə yetişməsindən söz açmaq yasaqkən, yüz ildən çox yalan iddialarla ortaya qoyulan siyasi oyuna meydan vermək deyəsən, daha asandır. Bütün bunların səbəbi isə çox sadədir. İran ermənilərə geniş meydan açmaqla Batı ölkələri ilə ilişkilərində yeni yolun təməlini qoyur. İstənilən hallarda bu gün bölgə üçün ən önəmli məsələ azərbaycanlılarla, özəlliklə Güney Azərbaycanla bağlıdır. İkinci Qarabağ savaşından sonra bu bölgənin əhəmiyyətinin sürətlə güclənməsi bir daha öz təsdiqini tapdı. Sözsüz ki, Tehran hakimiyyəti yaranmış fürsətləri düzgün dəyərləndirmək üçün hər dəfə Azərbaycana qarşı radikal addımlar atır. İllərdir azərbaycanlı fəallara Xocalı faciəsi qurbanlarının xatirəsini yad etmək üçün mərasim keçirmələrinə icazə verilmir. Ermənistan yalanlarına göz yuma bilməyən və buna haqlı etirazlarını bildirən fəallar tapdalanılır, basqı görür və ya tutuqlanır. Bu gedişatla İran rejimi Azərbaycan türklərinə qarşı şovinist münasibətini sərgiləməyə davam edir. Doğrudan da tarixi həqiqətlərin gözardı edilərək, uydurmaların şişirdilməsi və mətbuatda gündəmə gəlməsi ifrat hissi doğurur. Ardı-arası kəsilməyən erməni təxribat və yalanlarının nə zaman sonlanacağı bəlli olmasa da, unutmayaq ki, həyat və rifah yalnız həqiqətdədir. Həqiqətin yalanın köməyinə ehtiyacı yoxdur.

Related Articles

Bir cavab yazın

Back to top button