Azərbaycan

Sulduzda fermerlərin etiraz aksiyası keçirilib

Qərbi Azərbaycan əyalətinin bir qrup fermeri etiraz askiyası keçirilib. Sulduz şəhərində yerləşən qənd zavodunun qarşısına toplaşan fermerlə zavoda verdikləri məhsulun pulunu ala bilmədiklərini deyiblər.

Etirazçılar aylar öncə şəkər çuğunduru məhsullarını zavoda verdiklərini, lakin onlara heç bir ödənişin olunmadığını deyiblər.

Onların sözlərinə görə, ödənişlə bağlı zavod rəhbərliyi və Kənd Təsərrüfatı İdarəsi məsullarının vədlərinin yalan çıxıb.

Narazılar bildirib ki, tək gəlir qaynaqları şəkər çuğundurunun zavoda verilməsi qarşılığında əldə etdikləri vəsaitdir.

Lakin onu da zavod rəhbərləyiindən ala bilmirlər.

Aksiyaya toplaşan fermerlər bildirib ki, məhsulunun pulu verilmədiyini üçün işi davam etdirə bilmirlər.

Narazılar hökumət nümayəndələrinin və zavod rəhbərliyinin nəzərinə çatdırıb ki, belə davam etsə müflis olacaqlar.

Related Articles

Bir cavab yazın

Back to top button