İran

Sulduzlu fəal Höccət İsmətzadə azadlığa buraxılıb

Noyabrın 28-də batı Azərbaycanın Sulduz şəhərindən olan milli-mədəni və sosial media fəalı Höccət İsmətzadə girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər azadlığa buraxılıb.

İlkin istintaq mərhələsində fəala qarşı “qanunsuz qruplar və təşkilatlara üzv olmaq” ittihamı irəli sürülüb.

O, sonuncu dəfə noyabrın 24-də İran əmniyyət vəzirliyinin yerli bölməsinə çağırılaraq saxlanılıb.

Qeyd edək ki, Höccət İsmətzadə sentyabrn 4-də “xəbərləri təhrif etmək, yalan məlumatlar, foto və görüntülər yaymaqla məqsədli şəkildə ictimai asayişi pozmaq”da ittiham olunaraq İran əmniyyət məmurları tərəfindən saxlanılıb.

Ancaq sentyabrın 5-də girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər azadlığa buraxılıb.

Fəalın saxlanılması səbəbi Sulduzun Saxsıtəpə kəndində yerli türklərlə etnik kürd azınlığı arasında baş verən qarşıdurma ilə bağlı məlumat yayması olub.

Qeyd edək ki, sentyabrın 3-ü, gecə saatlarında batı Azərbaycanın Sulduz mahalının Saxsıtəpə kəndində etnik kürd azlığının nümayəndələri ilə yerli Azərbaycan türkləri arasında qarşıdurma baş verib.

Related Articles

Bir cavab yazın

Back to top button