azİran

“Süleymaninin hələ qırxı çıxmayıb, ancaq xalq ona nifrətini nümayiş etdirir, çünki…

Qasım Süleymanini bizə milli qəhrəman kimi sırımaq istəyənlərin nəzərinə: Tehranın mərkəzində universitet tələbələri mitinq keçirir və “qatil” adlandırdıqları Qasım Süleymanini və “Diktator” və “Yalançı” adlandırdıqları Əli Xameneyini lənətləyirlər. Sonuncunun istefasın tələb edirlər.

Qasım Süleymaninin hələ qırxı çıxmayıb. Ancaq xalq ona nifrətini nümayiş etdirir. Niyə? Çünki İranda öz haqqını tələb edən xalqın etiraz hərəkatını zorla yatıranlar arasında o xüsusi rol oynayıb. Yüzlərlə insanın ölümünə fərman verib. Bir ay bundan qabaq ayağa qalxan xalqa binaların damından snayperlər atəş açmırdılarmı? Qasım Süleymaninin İrandan kənarda törətdiyi vəhşiliklər də tarixin yaddaşındadır…

Mən bunu əminliklə deyirəm: İran ədalətsiz ölkədir. Molla rejimi xalqı boğaza yığıb. Xalq rahat yaşamaq istəyir. Şiəliyi dövlət ideologiyasına çevirənlər isə din adı altında müsəlmanları iki cəbhəyə bölüblər. Səudiyyə Ərəbistanı başda olmaqla bir sürü sarsaq sünni ölkələri də bu savaşda yer alırlar. Nəticədə müsəlman müsəlmanı qırır…

İrana züy tutan soydaşlarımız bizi də İran və Səudiyyənin apardığı sünni-şiə qarşıdurmasına sürükləmək istəyirlər. Bu, bizə qətiyyən lazım deyil. Biz mədəni və inkişafda olan dünya ilə bir olmalıyıq. Azərbaycanın milli və dövlət maraqları bunu tələb edir. Vətənimizin gələcəyi Qərb demokratiyasına bağlıdır. Böyük Məmmədəminin qoyub getdiyi yoldan keçməliyik…

Elbəyi Həsənli, İsveçrədə yaşayan jurnalist

Related Articles

Bir cavab yazın

Back to top button