“Əminəm ki, hökumətin qəbul etdiyi sülh gündəliyinin alternativi yoxdur, çünki sülh bizim suverenliyimizin və təhlükəsizliyimizin ən etibarlı amilidir”.
“Sputnik Armenia” xəbər verir ki, bunu Konstitusiya Günü ilə bağlı müraciətində Nikol Paşinyan deyib.
O, 29,8 min kvadrat kilometr əraziyə malik Ermənistan Respublikasının ərazi bütövlüyünün tanınmasının mühüm əhəmiyyət kəsb etdiyini deyib.
O, ölkənin təhlükəsizlik sahəsində ciddi problemlərinin olduğunu qeyd edib. (apa)