Dünya

Suriya daxilindəki müharibələrdə ölənlərin sayı açıqlanıb

Suriyada insan haqlarına nəzarət edən bir qrup ölkə daxilində savaşların başlamasının 10-cu ildönümü ilə bağlı rapor yayımlayıb. Raporda ölkə daxilindəki savaşlarda ümumilikdə 388 min 652 nəfərin öldüyü bildirilib. Onların 117 min 388-i qeyri-nizami olub. Məlumata görə, savaşlar zamanı 22 min 254 uşaq həyatını itirib. Bildirək ki, isfənd ayının 25-i Suriyada demokratiya tərəfdarlarının etirazı ilə başlayan qarşıdurmanın onuncu ildönümüdür. Mitinqlər Əsəd rejiminin kəskin basqısı və etirazçıların ölüdürülməsi ilə daxili savaşa çevrilib. Beləliklə, xarici yaraqlıların ölkəyə müdaxiləsinə yol açılıb. Son 10 ildə yaşananlar nəticəsində milyonlarla suriyalı qaçqın düşüb.

Related Articles

Bir cavab yazın

Back to top button