İran

Çin və İran koronavirusun yayılmasınada günahkardır- iddia

“Çin və İranın iqtidarçı rejimləri Covid-19-un yayılmasında günahkardır”. Bu barədə Kanadanın paytaxtı Ottavadakı McDonald-Lorie müəssisəsi və Kanada Əmniyət Araşdırma Qrupunun hazırladığı raporda bildirilib. “Covid-19 epidemisində iqtidarçı rejimlərin məsuliyyətinin və bunun gizlədilməsinin araşdırılması” adlı raporda bir sıra məsələlərə aydınlıq gətirilib. Belə ki, burada Pekən və Tehran dövlətlərinin koronavirusun yayılmasını ört-basdır etmək səyləri vurğulanıb. Həmin dövlətlərin epideminin dünyaya yayılması ilə bağlı məsuliyətə cəlb edilməli olduqları bildirilib. “Əldə olunan sübutlar göstərir ki həm Çin, həm də İran rejimləri böhranın əvvəlində virusun yayılmasını ört-basdır ediblər. Beləliklə, insanların sağlamlığı və əmniyəti hesabına öz hakimiyətlərini qorumağa çalışıblar”,-deyə raporda diqqətə çatdırılıb. Məlumata görə, bu iki ölkə qüsurlu və çaşdırıcı bilgilərlə epideminin genişlənməsini beynəlmiləl camiədən, habelə öz vətəndaşlarından gizlədib. Raporda bu ölkələrin ümumi sağlamlığı qorumaq üçün məlumatları açıqlayanları sıxışdırdıqları deyilib . İnsan haqları və əmniyət haqları üzrə mütəxəssis Sara Tiçin sözlərinə görə, Covid-19-un yayılması prosesi hələ də davam edir. Ancaq Çin və İran rejiminin koronavirusun yayılmasının ilk mərhələsində mərizliyi gizlətmək səylərini inkar etmək olmaz.

Related Articles

Bir cavab yazın

Back to top button