İran

Suriya xarici işlər baxanı İran yetkililəri ilə görüşdü

Suriyada iç savaşı gedən zaman Bəşar Əsəd rejiminin bölgəsəl dəstəkçisi olan İran İslam Cümhuriyyəti indi Dəməşqlə ticarət əlaqələrinin gelişdirilməsini istəyir.

İran prezidenti İbrahim Rəisinin Suriya xarici işlər baxanı ilə görüşdə iqtisadi ilişkilərin bir neçə dəfə artırılmasına çağırış etdiyi bir vaxtda, İran xarici işlər baxanı da bildirib: “İranla Suriya arasında hərtərəfli texniki-mühəndislik proqramları, müxtəlif alanlarda Suriyanın yenidən qurilmasında iştirak və özəl sektorun ticarət salanında əməkdaşlığı gerçəkləşir”.

Əmir Abdullahian dekabrın 6-da suriyalı həmkarı Feysəl Meqdad ilə Tehranda baş tutan görüşdə bildirib ki, Meqdadın İrana səfəri Suriyada İranın ən böyük ticarət numayişqahlarından birinin keçirildiyi bir vaxta təsadüf edir.

Suriyada iç savaşı gedən zaman Bəşar Əsəd rejiminin bölgəsəl dəstəkçisi olan İran İslam Cümhuriyyəti indi Dəməşqlə ticarət əlaqələrinin gelişdirilməsini istəyir.

Xatırladaq ki, qısa bir müddət öncə İranın Ticarət, Sənaye, Mədən və Əkinçilik Odası İranda ürətilən maşınların ötən bir il yarım içində Suriya dövləti tərəfindən bu ölkəyə satışının ləğv edildiyini qeyd edib. Bu isə İranın Suriyada maşın karxanası açması ilə eyni vaxta təsadüf edir.

Habelə, İran Texniki və Mühəndislik Xidmətləri Sadiratatçıları Birliyi başqanı Bəhmən Salehi Cavid İranın Suriyadakı şirkətlərinin zəifləməyə doğru getdiyini bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button