İran

SURİYADA BEŞ İRANLI YARAQLI ÖLDÜRÜLÜB

Suriya rejimindəki rəsmi mənbələr, 23 juən, çərşənbə axşamı İsrail döyüş ucaqlarının əl-Süveyda bölgəsində İranın silah karvanına həmləsi nəticəsində 5 iranlı yaraqlısının öldürüldüyünü açıqlayıb.
Bu mənbələrə görə, İsrail qırıcılarının həmlələri İrandan gətirilən bir neçə silah yükünü hədəf alıb.
Suriyanın rəsmi xəbər ajansı bildirir ki, ölkənin pədafənd sistemi İsrail qırıcılarını əl-Süveyda bölgəsində Suriya hava məkanını tərk etməyə məcbur edib.
Eyni zamanda, Suriya İnsan Haqları Rəsədxanası, 4 İsrail qırıcısının Deyr əz-Zur və Suveyda bölgələrini hədəf aldığını bildirib.
Suriya İnsan Haqları Rəsədxanasının rəisi Rami Əbdürrəhmanın sözlərinə görə, İsrail qırıcıları İran yaraqlılarına aid bir binanı hədəfə alıblar.
***

Related Articles

Bir cavab yazın

Back to top button