İran

Suriyada SEPAH generalı öldürüldü

Dekabrın 25-i günorta saatlarında İsrail ordusunun Suriyanın paytaxtı Dəməşq ətrafındakı Zeynəbiyyə bölgəsinə hava hücumu nəticəsində SEPAH generalı Eəzi Musəvi (Seyyid Rəzi) öldürülüb.

Bu barədə SEPAH-a yaxın “Təsnim” xəbər agentliyi məlumat yayıb.

Onun Suriyada ən təcrübəli və uzun müddət xidmət edən hərbi müşavirlərdən və Qasım Süleymaninin yaxın silahdaşlarından biri olduğu və Tehranla Dəməşq arasında hərbi koordinasiya məsələlərinə rəhbərlik etdiyi bildirilib.

Hava hücumu nəticəsində başqa bir neçə nəfərin ölüb və yaralandığı bildirilsə də, onlar barəsində dəqiq məlumat verilməyib.

Related Articles

Bir cavab yazın

Back to top button