Azərbaycan

Milli-mədəni fəal Əlirza Fərşinin məzuniyyət müddəti uzadılıb

Yanvarın 9-da Tehranın “Fəşafuyə” zindanından tibbi məzuniyyətə buraxılan ana dili fəalı, siyasi məhbus Əlirza Fərşinin tibbi məzuniyyət müddəti həkim arayışı əsasında uzadılıb.

Yanvarın 9-da Tehranın “Fəşafuyə” zindanından tibbi məzuniyyətə buraxılan ana dili fəalı. Siyasi məhbus Əlirza Fərşi, fevralın 2-də özünün sosial media hesabında məzuniyyət müddətinin uzadıldığını yazıb.

O, əməliyyatdan sonra müalicə prosesinin davam etdirilməsi üçün məzuniyyət müddətinin daha bir həftə uzadılması barədə qərarın Baharistan şəhərinin Ümumi və İnqilab Məhkəməsinin Qərarların İcrası İdarəsinin 2-ci bölməsinin hakimi Vəliullah Heydərnejad tərəfindən verildiyini bildirib.

Milli fəal yanvarın 27-də elektron qandalla Tehranın “Bina” xəstəxanasına yerləşdirilib və  gözündən əməliyyat (Kornea transplantasiyası) edilib.

Əlirza Fərşi 2020-ci ilin iyul ayının 21-də saxlanılıb və iki illik həbs cəzasını çəkmək üçün Tehran şəhərinin Evin həbsxanasına köçürülüb.

Related Articles

Bir cavab yazın

Back to top button