Dünya

Özbəkistanın qızıl və valyuta ehtiyatları 1,05 milyard dollar azalıb

Özbəkistanın ümumi qızıl və valyuta ehtiyatlarının həcmi 2021-ci ilin fevralı ərzində 1,05 milyard dollar azalaraq 33,26 milyard dollar təşkil edib. Bu haqda Özbəkistan Mərkəzi Bankı məlumat yayıb.
Məlumatda qeyd olunur ki, xalis qızıl və valyuta ehtiyatları (ümumi ehtiyatlar və dönərli valyutada olan öhdəliklər arasındakı fərq) 992,3 milyon dollar azalaraq 32,4 milyard dollara olub.
Ölkənin qızıl-valyuta ehtiyatları 2021-ci ilin əvvəlindən azalmaqdadır. Fevral ayında ehtiyatlardakı qızıl 0,2 milyon unsiya və ya təxminən 6,2 ton artsa da, qiymətli metalın ucuzlaşması səbəbindən dəyəri son nəticədə 549,2 milyon dollar azalıb. 1 fevralda qızılın qiyməti dünya bazarında 1 unsiya üçün 1864,5 dollar idisə, martın 1-də 6,7% azalaraq 1 738,8 dollara qədər azalma nümayiş etdirib.
Qeyd edək ki, Özbəkistan 2020-ci ilin sentyabrından bəri xarici bazarlarda qızıl satmır. Hökumət qızılın dünya bazarında qiymətinin artımını gözləyir.
Özbəkistanın xarici valyuta ehtiyatları da fevral ayı ərzində 505 milyon dollar azalma nümahyiş etdirib.

Related Articles

Bir cavab yazın

Back to top button