Azərbaycan

Təbriz məhkəməsi “Xaqan” adına kimlik verilməsini qanunsuz adlandırıb

Təbrizdə yaşayan güney azərbaycanlı sənətçi və milli fəal Yunis Mahmudi Xaqan adını qoyduğu oğluna şəxsiyyə vəsiqəsi verilməməsi ilə bağlı ikinci dəfə paylaşım edib.

Təbrizin 39-cu Hüquq Məhkəməsinin Xaqan adına şəxsiyyət vəsiqəsi verilməsini “islam və İran mədəniyyətinə, ölkə qanunlarına uyğun olmadığı”nı bildirib və Qeydiyyat İdarəsinin bu ada şəxsiyyət vəsiqəsi verməməsinə haqq qazandırıb.

“Çox götür-qoy elədim nə yazım, ancaq bir yerə çatmadım. Axi bir ad sizi niyə bu qədər sıxır? Mən bu qonuya savaş adı qoya bilmirəm, ancaq görünür ki. belə istənilir. Bilmirəm siz məni yorursuz, yoxsa özünüzü?”-deyə, Yunis Mahmudi sosial media paylaşımında yazıb.

Xaqan adına şəxsiyyət vəsiqəsinin verilməməsi ilə bağlı qərarı Təbrizin Hüquq Məhkəməsinin 39-cu bölməsinin hakimi Davud Babyi verib.

Qeyd edək ki, İran Qeydiyyat İdarəsinin azərbaycanlı uşaqlara türk adlarına görə kimlik vəsiqəsi verməməsi valideynlərin etirazları ilə qarşılanır və onlar məsələni sosial mediada ictimailəşdirməyə məcbur olurlar.

İnsan haqları sahəsində fəaliyyət göstərən təşkilatlar məsələ ilə bağlı  Beynəlxalq İnsan Hüquqları Müşahidəçiləri, İrqçiliyə Qarşı Komitə, Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları Komitəsi və başqa beynəlxalq təşkilatlara şikayət və hesabatlar göndərib.

Bu hesabatda İran İslam Respublikası tərəfindən türklərə qarşı insan ləyaqətinin davamlı təhqir olunduğu vurğulanıb.

Related Articles

Bir cavab yazın

Back to top button