İran

Təbriz Şəhər Şurasının başçısı: Azərbaycanlı etirazçıları “iğtişaşçı”, isfahanlı etirazçıları isə “əkinçi” adlandırırlar

Təbriz Şəhər Şurasının başçısı Rəsul Bərgi İran rəsmilərinin Güney Azərbaycana qarşı ayrı-seçkilik siyasətinə etiraz olaraq deyib ki, Urmu gölünün qurudulmasına etiraz edən azərbaycanlı etirazçılara “iğtişaşçı”, Zayəndərud çayının qurudulmasına etiraz edən isfahanlı etirazçılara isə “əkinçi” deyirlər.

O habelə qeyd edib: “İran Daxili İşlər vəzirliyi bütün ölkəyə şamildir, ancaq biz Urmu gölünün qurudulmasına etiraz etdikdə bizə “iğtişaşçı” deyirlər, amma İsfahanda etirazçılar mitinq keçirəndə onları “əkinçi” adlandırırlar, hətta onların müşkülünün həllinə 3 trilyon tümən də pul ayırırlar”.

O bildirib ki, Tehranın Təbrizə baxışı həmişə əmniyət yönümlü olub və bu yanaşma həmişə bizə çətinliklər törədib.

Bərgi, habelə Təbriz başçısının Təbriz şəhər Şurasındakı nümayəndəsinin Şəhər Şurasının qərarının rədd edilməsi ilə bağlı deyib: “Necə olur ki, Fars vilayəti İdman Təşkilatının yaradılmasını təsdiq edir və Daxili İşlər vəzirliyi də bunu təsdiqləyir, lakin bizim belə bir səlahiyyətimiz çatmır?”.

Qeyd edək ki, Güney Azərbaycan millətinin Urmu gölünün qurudulmasına etirazları zamanı İran hökuməti Azərbaycanın müxtəlif şəhərlərində bu etirazları zorakılıqla yatırıb və yüzlərlə azərbaycanlıını həbs edərək uzun müddətə azadlıqdan məhrum edib.

Related Articles

Bir cavab yazın

Back to top button