Azərbaycan

Təbriz Şəhər Şurasının komissiya başçısı:Təbrizlilər son dərəcə narazı və şikayətçidirlər

Təbriz Şəhər Şurasının Memarlıq və Şəhərsalma Komissiyasının başçısı Təbrizdə abadlıq işlərinin yetərli olmadığını və əhalinin bundan olduqca narazı və şikayətçi olduqlarını deyib.

Təbriz Şəhər Şurasının Memarlıq və Şəhərsalma Komissiyasının başçısı Fridun Babayi Əqdəm Təbrizdə abadlıq işlərinin yetərli olmadığını və əhalinin bundan olduqca narazı və şikayətçi olduqlarını deyib.

O, yaz bayramı tətillərində Yəz və Buşehr şəhərlərinin Memarlıq və Abadlıq komissiyalarının başçılarının qonağı olduğunu, adı çəkilən şəhərlərdə tarixi və mədəni abidələrin sxlanılması ilə bağlı görülən işlərdən təəccübləndiyini bildirib.

Babayi Əqdəm eyni yanaşmanın Təbrizdəki tarixi və mədəni məkanlara qarşı olmadığından təəssüfləndiyini söyləyib.

Təbriz Şəhər Şurasının Memarlıq və Şəhərsalma Komissiyasının başçısı  Təbrizin tarixi “Saat” inasının təmiri ilə bağlı qayğılarını dilə gətirərək, binada olan idari işlərin dayandırılmalı olduğunu və oranın tarixi abidə kimi saxlanılmasının vacibliyini qeyd edib.

“Bələdiyyə sarayı (Saat binası)tarixi abidə hesab olunduğu üçün orada ofislərin və inzibati idari qurumların fəaliyyətinə son qoyulmalıdır”-deyə, Fridun Babayi Əqədm bildirib.

 

Related Articles

Bir cavab yazın

Back to top button