İran

TƏBRİZ ŞƏHRDARININ TARİXİ EVİ MİLLİ ƏSƏRLƏR LİSTİNƏ SALINIB

1290-cı onilliyin sonlarından 1310-cu onillyin ikinci yarısına kimi Təbriz şəhərəinin şəhrdarlarından olmuş Ərfə Ül Mülk Cəlilinin qədim evi milli əsərlər listinə salınıb.
Şərqi Azərbaycan Ustanı Fərhəngi Miras, Əl Sənayesi və Turism İdarəsinin baş müdiri Əhməd Həmzəzadə, “bu tarixi bina 32938 nömrə ilə səbt olunub və onun milli əsrlər sırasına səbt olunmasının bildirilməsi barədə naməni fərhəngi miras, əl sənayesi və turism vəziri göndərib.”.
Həmzəzadə sözlərinə görə, evin giriş qapısının başlığı tarixi əsər kimi səbt olunub. Bu əsər Fərhəngi Miras, Əl Sənayesi və Turism Vizarəti tərəfindən qorunmaqdadır və onun dağılmasına və ya dəyişdirilməsinə hər hansı əməliyyat cürm hesab olunur.
Xatırladaq ki, Ərfə ÜL Mülk tarixi evi Təbriz şəhərinin Behişti xiyabanında yerləşir. Ərfə ÜL Mülk eləcə də 80 il qabaq tarixi tikili olan Saat imarətinin də təməlini qoyub.
Ərfə Ül Mülk Cəlili 1310-cu ilin ortalarında Təbrizin şəhrdarı olub və şəhərin abadlaşdırılması üzrə dəyərli iqdamlarına görə xatirələrdə qalmaqdadır. O, həmçinin xeyriyyə işlərində qabaqcıl olub və tarixi qəbiristanlıq olan Tubaiyyə ilə yanaşı yerləşmə Şərqi Azərbaycanın Oqaf və Xeyriyyəçilik İşləri Baş İdarəsinin indiki torpağı həmin mərhumun bağışladığı yerlərdir.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close