İran

Təbrizdə etiraz afişaları yayılıb

İran və Səudiyyə Ərəbistanının xarici işlər nazirləri arasında telefon danışığı olub.

Bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb.

İranlı nazir Hüseyn Əmir Abdullahian və şahzadə Faysal bin Fərhan Əl Səud iki ölkə arasındakı münasibətlərin normallaşdırılmasını müzakirə ediblər.

Daha əvvəl Abdullahian deyib ki, o, şahzadə Faysalla neytral zəmində görüşməyi planlaşdırır.

Martın 10-da Çin hökumətinin vasitəçiliy ilə Səudiyyə Ərəbistanı və İran iki ay ərzində diplomatik münasibətləri bərpa etmək və səfirliklərini açmaq barədə razılığa gəliblər.

Qeyd edək ki, bundan əvvəl Səudiyyə Ərəbistanının xarici işlər naziri Şahzadə Faysal bin Fərhan mediaya verdiyi açıqlamada İranla bağlı münasibətlərin qurulması barədə məsələlərə münasibət bildirib.

“Çin vasitəçiliyi ilə Pekində İranla Səudiyyə Ərəbistanı arasında münasibətlərin normallaşdırılmasına dair razılaşma İranla aramızda olan problemlərin həlli demək deyil”,- o bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button