Aprelin 10-da Təbrizdə Əməkçilər Sosial Təminat İdarəsinin qarşısına toplaşaraq növbəti dəfə etiraz aksiyası keçiriblər.
Narazılar maaş və pensiyaların aşağı olmasından, əlavə bimə problemlərindən və həyat şəraitinin pis olmasından şikayətlənib.
Yaşayış şəraitlərinin günü-gündən çətinləşdiyini bildirən narazılar maaşlarinin artırılmasını tələb edib.
Qeyd edək ki, Təbrizlə yanaşı onlarla şəhərdə, o cümlədən, Qəzvin, Tehran, Kərəc, Tehran şəhərlərində də oxşar istəklərlə etiraz aksiyaları keçirilib.