“21 Azər”, “Milli Hökumət”, “Pişəvəri” və “Azadlıq, Ədalət, Milli hökumət” məzmunlu şüarlar şəhər məhəllələrinin divarlarına yazılıb.
Qeyd edək ki, 1945-ci il 12 dekabr (21 azər) tarixində Güney Azərbaycanda Seyid Cəfər Pişəvərinin başçılığı ilə Azərbaycan Milli Hökuməti qurulub.
Bir il sonra mərkəzi hökumətin və Pəhləvi hakimiyyətinin xarici müttəfiqlərinin qüvvələrinin hücumu nəticəsində milli hökumət devrilib, minlərlə azərbaycanlı öldürülüb və həbs edilib.