Azərbaycan

Təbrizdə polis bölməsinin yandırılıb- Milli fəallar bunun hökumətin təxribatı ola biləcəyini ehtimal edirlər

Təbrizdə axşam saatlarında başlayan etiraz aksiyalarında etirazçılarla hökumət əleyhinə şüarlar səsləndirməklə yanaşı türkcə milli şüarlar səsləndiriblər.

“Biz ölməyə hazırıq, Babəkin sərbazıyıq”, “nə şahçıyam, nə şeyxçi, millətçiyəm, millətçi” və başqa bu kimi şüarlar səsləndirən narazılar xüsusi təyinatlı qüvvələrin zirehli maşınlarına hücum ediblər.

Sosial media fəallarının verdiyi məlumata görə, Təbrizin bir neçə yerində, Qonqabaşı, Şahnaz və Bazar ağzı bölgələrində polis qüvvələri ilə əhali arasında qarşıdurma daha şiddətli olub.

Yayılan görüntülərdə Təbrizin bir neçə yerində yanğın baş verdiyi görünür.

Şəhərin mərkəzində polis bölmələrindən birin konteyner ofisin yandırıldığı bildirilib.

Bununla yanaşı şəhərin mərkəzində yerləşən “Barnavak” adlanan məhəllədə yanğınsöndürən maşının hökumət qüvvələri tərəfindən yandırıldığı qeyd olunub.

Fəallar hökumət məmurlarının təxribat törədərək etirazçılara qarşı repressiyaları əsaslandırmağa çalışdıqlarını yazırlar.

Related Articles

Bir cavab yazın

Back to top button