Azərbaycanİran

Təbrizdə tarixi irs məhv edilir

Təbriz şəhərinin müxtəlif bölgələrində Səfəvilər və Qacarlar dövrünə aid olan tarixi evlər satılır.

Bununla bağlı Azərbaycan Mədəni İrs Dəstəkçilərinin baş direktoru Ramin Əsgərian açıqlama verib.

O, mədəni irsə qarşı olan bu hərəkətin Təbriz bələdiyyəsi və Şərqi Azərbaycan əyalətinin Mədəni İrs Təşkilatının məsuliyyətsizliyindən qaynaqlandığını söyləyib.

“Həmin binalarda dəyişiklik edilərək, tarixi kimliyi və memarlıq əhəmiyyəti məhv edilir, bəziləri isə dağıdılaraq yerində çoxmərtəbəli binalar inşa edilir”, – deyə Əsgərian bildirib.

Qeyd edək ki, Təbriz şəhərində əksəriyyəti Qacarlar dönəminin memarlıq nümunələri sayılan yüzlərlə tarixi ev və tikili mövcuddur.

Bir müddət bundan öncə Qacarlar dövründə tikilən Hacı Şeyx Təbrizi evi satış elanları saytında hərraca çıxarılmışdı.

Qacarlar dövrünə aid adıçəkilən tikili 2003-cü ildə 9414 qeydiyyat nömrəsi ilə milli əsərlər siyahısına salınmışdı.

Related Articles

Bir cavab yazın

Back to top button