İran

Təbrizdə tıxac problemi hələ də qalmaqdadır

Təbrizin Şəhər Şurasının Ümran, nəqliyyat və Trafik Komisionunun toplantısı keçirilib. Cələsədə Ustanın Hava Limanları İdarəsinin baş müdiri və şəhrdari müdirləri iştirak ediblər. Toplantıda Təbriz şəhərinin hava limanı çevrəsindəki trafik müşküllərinin həll olunması yolları öyrənilib.
Təbrizin Şəhər Şurasının üzvü Kərim Sadıqzadə cələsənin gündəliyindəki məsələ barədə məlumat verib.
“Bir zamanlar düşünürdük ki, Azərbaycan adına meydan, şəhər üçün fəxredici bir meydan olacaq, ancaq indi uğursuzluğa tuş gəlmiş bir meydana dönüb. Sürücülər hansı tərəfə getməli olduqlarını bilmirlər”, – deyə o, bildirib.
Şərqi Azərbaycan Hava Limanları İdarəsinin amil müdiri Ramin Azəri trafik müşkülləri barədə söz açıb. O, hava limanı məhdudəsində trafik olduğuna görə, bir sıra müsafirlərin limana vaxtında çata bilmədiklərini vurğulayıb. Məsələ ilə bağlı Təbriz şəhrdarisindən müvafiq tədbirlərin görülməsi istənilib.
Təbrizin Şəhər Şurasının Ümran, Nəqliyyat və Trafik Komisionunun rəisi Soniya Əndiş də cələsədə iştirak edib. O, çıxışı zamanı Təbrizin Hava Limanı yaxınlığında nəqliyyat yollarında əsaslı dəyişikliklərin vacibliyini vurğulayıb.
Təbrizin Şəhər Şurasının Ümran, nəqliyyat və Trafik Komisionun üzvü Abdulla Tağıpur isə müşküllərin həllinə mütəxəssislərin cəlb olunmasını önərib.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close