Bölgə

“ABC” televizyonu Türkiyə, İran, İraq və Suriya ərazilərini Kürdistan adlandırıb

Avstaliyanın “ABC” televizyonunda “Avstraliya hekayəsi” adlanan sənədli serial yayımlanıb. Sözügedən bu serialda Avstraliyaya qeyri-qanuni yolla gəlmək istəyən bir şəxsdən söhbət gedib. Həmin şəxs öz vətəni haqda danışarkən dörd fərqli ölkənin (Türkiyə, İran, İraq və Suriya) bir hissəyə bölünmüş xəritəsini göstərərək, onu Kürdüstan adlandırıb.
Bu da əlbəttə ki, vətəndaşların narazılığına səbəb olub. Elə bu məqsədlə də “ABC” televizyonunun rəhbərliyinə şikayət ərizəsi ilə müraciət ediblər.
Müraciətdə deyilir:

Hörmətli ABC rəhbərləri,

Hər şeydən əvvəl, fərqli başlıqlı ecazkar proqramlarınız üçün xüsusi təşəkkürlərimi qəbul edin. Bir Avstraliya sakini olaraq, yüksək keyfiyyətli və etibarlı məzmunla hazırlanan proqramların çoxunu izləməkdən məmnun olduğumu bildirmək istəyirəm.

Sənədli filmlərinizdən birində, gözlənilən potensial reaksiyanın qarşısını ala bilmək və ABC TV kanalının məsuliyyətinə, dəqiqliyinə və istinadına xələl gətirə biləcək zərərlərin qarşısını almaq üçün dəyişməli olan kritik bir səhv tapdım.

Buna 7-09-2020 tarixində yayımlanan “Avstraliya hekayəsi” adıanan sənədli serialda Avstraliyaya qeyri-qanuni yolla gəlmək istəyən və nəhayət fərqli bir cəhdlə planında müvəffəq olan sığınacaq axtaran bir şəxsin hekayəsindən bəhs edən “Böyük qaçış” bölümündə rast gəldim.

Bu elektron məktubu sizin üçün yazmağın məqsədi və səbəbi sənədli filmin 3: 06 dəqiqəsində “Qəhrəman” öz vətəni haqda danışarkən dörd fərqli ölkənin (Türkiyə, İran, İraq və Suriya) bir hissəyə bölünmüş xəritəsini göstərərək onu Kürdüstan adlandırır.

Göstərilən xəritə terror təşkilatı olan və çox sayda ölkə və beynəlxalq təşkilat tərəfindən, o cümlədən, Avstraliya Milli Təhlükəsizlik tərəfindən terror təşkilatı olaraq tanınan “PKK”-nın yayımladığı bir xəritədir.

Bu xəritəni tanıtmaq, Avstraliya Milli Təhlükəsizlik qərarına məhəl qoymadan Avstraliya dəyərlərinə təhqir kimi qiymətləndirilə biləcək bir hərəkətdir və bu həm də sözügedən ölkələrin sərhədləri, ərazi bütövlüyü və vətəndaşları üçün bir növ hörmətsizlik kimi də qəbul edilə bilər.

Nəticədə, bu, ABC TV kanalının məsuliyyətinə, etibarlılığına, istinadına, o cümlədən, Avstraliya hökumətinin beynəlxalq mövqeyinə xələl gətirə bilər. Çünki ABC (Australian Broadcasting Corporation) etibarlılığı Avstraliya milli dəyərlərini təmsil edir.

Related Articles

Bir cavab yazın

Back to top button