İran

TƏBRİZDƏ VƏZİYYƏT QIRMIZI OLARAQ QALIR

Təbrizdə korona virusu üzrə vəziyyət qırımızıdır . Təbrizin fərmandarı Behruz Məhdəvi xurdad ayının 12-i tarxində bildirib ki,şəhərdə durum yenə ağırlaşıb. Bununla bağlı keçirilən cələsədə bildirib ki, metro və avtobuslarda maskdan istifadə icbari olsun. Sakinlər və əsnaf behdaşi qaydalara riayət etməsələr, şərtlər yenidən kəskinləşdiriləcək.
Son günlər mərizxanalarda yatırılanların sayı yüzdə 50 azalıb, koronadan ölənlərin sayında da azalma olub. Amma virusa tutulanların sayı artmaqdadır.
Məhdəvi məscidlərin yenidən açılması barədə deyib ki, “məscidlər ancaq camaat namazı üçün açıq olacaq və sair mərasimlərin keçirilməsi qadağandır. İdarələrin iş saatları saat 7.5-dan saat 13.5-dəkdir. Məhdəvi korona virusuna tutulanların yaşları barədə bildirb ki, 15-25 yaşadək gənclərin arasında virusa tutulma artıb..

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close