Təbrizdə fəaliyyət göstərən və azərbaycanlı sənətçilər tərəfindən yaradılan “Yaşıl Yol” xeyriyyə dərnəyi Qərrbi Azərbaycan əyalətində baş verən zəlzələdən zərər görənlərə yardım kampaniyası başladıblar.
Bu məqsədlə yanvarın 29-da Təbrizin “Nisfi Rah” meydanında yardım toplamaq üçün mərkəz qurublar.
Onlar təbrizlilərə müraciət edərək hakimiyyətin Xoyda zəlzələdən əziyyət çəkənlərə yetərli yardım etmədiyini, azərbaycanlıların bir-birlərinə yardım etmək məcburiyyətində qaldıqlarını bildiriblər.
Qeyd edək ki, əlaqədar dövlət qurumlarının xəsarət alanların yerləşdirilməsi ilə bağlı iddialarına baxmayaraq, yerli əhali və internet istifadəçiləri əjalinin acınacaqlı durumda olduğu barədə çox saylı paylaşımlar edirlər.
Onların bildirdiyinə görə, havanın şaxtalı olması və soyuq hava şərayitinin daha 3 gün davam edəcəyinin proqnozlaşdırıldığı bir vaxtda xəsarət alanlara yetərli yardımın göstərilməməsi onların durumunun dahada ağırlaşmasına səbəb olub.
Hökumətin yetərli tədbirlər görmədiyinə görə, Güney Azərbaycanın müxtəlif bölgələrindən, o cümlədən Təbriz, Urmu, Ərdəbil və başqa şəhərlərdən könüllülər xəsarət alanlara yardımlar toplamağa başlayıblar.