O, bu barədə İranın “Ruydad 24” xəbər saytı ilə müsahibəsində bildirib.
“Hökumət verdiyi vədləri və vətəndaşların ilkin ehtiyaclarını təmin etməyə qadir deyil. Belə olan halda məsuliyyət qəbul edib və problemi həll edə bilmədiyini etiraf etmək əvəzinə daha sərt cəza tədbirləri tətbiq edir”,- millət vəkili qeyd edib.
Prezident seçkiləri öncəsi İbrahim Rəisinin 1 milyon mənzil tikintisi barədə verdiyi vədləri xatırladan Əlirzabeygi, bunun yalnız seçki kampaniyası zamanı səs toplamaq üçün verilən əsassız şüar olduğunu bildirib.
“Mənzil məsələsi vətəndaşların ən böyük probleminə çevrilib və onların qazanclarının əsas hissəsi mənzil borcu ödəmək və ya kirayə üçün sərf olunur. Mənzil qiymətləri dəhşətli dərəcədə bahalaşıb. Hökumət verdiyi vədləri yerinə yetirə bilmir”,- millət vəkli hakimiyyəti vətəndaşları aldatdığını söyləyib.