Azərbaycanİran

Təbrizli həkimlər zəlzələ qurbanlarına yardım etdi

Təbrizin Vəliəsr xəstəxanasının həkimləri Xoy zəlzələsindən zərər çəkənlərə yardım kampaniyası başladıblar.

Bu barədə doktor Əlirza Rəhimi açıqlama verib.

Onun sözlərinə görə, təbrizli həkimlər öz vəsaitləri hesabına 50 konteyner alaraq zəlzələ qurbanlarının yerləşdirilməsi üçün Xoy şəhərinə göndəriblər.

“Təbriz Tibb Sistemi Təşkilatının İdarə Heyətinin fevralın 6-da keçirdiyi iclasda zəlzələdən zərər çəkənlərin müvəqqəti yaşayış yeri ilə təmin etmək üçün daha çox konteyner alınması qərara alındı. Bu işin səmərəliliyini artırmaq üçün xüsusi proqram hazırlamışıq”, – doktor Rəhimi bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button