İdman

Təbrizli şahmatçı dünya çempionatında gümüş medal qazanıb

Təbrizli yeniyetmə şahmatçı Əmirriza Pur Ağabala dünya onlayn şahmat yarışında gümüş medal qazanıb. Belə ki, Asiya Şahmat Turnirində ikinci yeri tutan və Gürcüstanda keçirilən Dünya Şahmat Yarışına da vəsiqə qazanan Əmirriza Pur Ağabala dünya şahmatçıları arasında keçirilən Dünya Şahmat Yarışında gümüş medala layiq görülüb.
Qeyd edək ki, yeniyetmələr arasında keçirilən çempionat 19-23 desambr tarixlərində baş tutub. Gürcüstanın ev sahibliyi etdiyi yarışmaya İranın yeniyetmələrdən ibarət şahmat üzrə milli timində Pur Ağabala və başqa beş şahmatçı iştirak edib.

Related Articles

Bir cavab yazın

Back to top button