Azərbaycanİran

Tələbə hərəkatı fəalı Təbriz zindanında aclıq aksiyası keçirir

Təbriz Universitetində keçirilən etiraz aksiyasında həbs edilən Armita Pavir aclıq aksiyasına başlayıb. O, qeyri-müəyyən şəraitdə saxlanıldığı və təzyiqlərə məruz qaldığı üçün bu addımı atıb.

Təbriz zindanının qadınlar bölməsində saxlanılan və noyabrın 22-dən aclıq aksiyasına başlayan Armita Pavir səsinin eşidilmədiyi, vəziyyətinə aydınlıq gətirilmədiyi üçün quru aclıq aksiyasına keçib.

Onun ailəsi ilə görüşünə və telefon danışığına icazə verilmir.

Yaxınları həbsdə olan başqa qadın məhkumların vasitəsilə Armita Pavirin vəziyyətinin ağırlaşdlğı və zindanın tibb məntəqəsinə köçürüldüyü barədə məlumat alıblar.

Molekulyar hüceyrə biologiyası tələbəsi olan təbrizli Armita Pavir oktyabrın 31-də universitetin qarşısında həbs edilib.

Ona qarşı irəli sürülən ittihamlar barədə dəqiq məlumat verilmir.

Related Articles

Bir cavab yazın

Back to top button