Aksiya İran Təqüdçülər Birliyinin iki gün öncə yaydığı çağırış əsasında keçirilib.
Etirazçılar “Haqqımızı almayınca susmayacağıq”, “Ləyaqətsiz məsul, istefa-istefa məzmunlu şüarlar səsləndiriblər.
Bu, yanvar ayında təbrizli təqaüdçülərin keçirdiyi ikinci aksiyadır və bundan öncə onlar eyni istəklərlə yanvarın 16-da etiraz aksiyası keçiriblər.
Etirazçılar təqaüdlərinin aşağı olmasına, rütbələndirmə və bərabərləşdirmə qanununun tətbiq olunmamasına etiraz ediblər.
Narazılar sığorta xidmətləri sahəsindəki problem və çatışmazlıqların həll edilməsi tələb edilib.
Eyni gündə Təbrizlə yanaşı Tehranda daxil olmaqla bir neçə başqa şəhərdə də təqaüdçülərin oxşar aksiyaları keçirilib.