Dünyaİran

İsrai̇ldən Ameri̇kanın nüvə anlaşması barədə açıqlamasına münasi̇bət

İsrail baş vəzirinin dəftəri Amerikanın İranla atom anlaşması barədə açıqlamasına münasibət bildirib. Dəftərdən qeyd edilib ki, İsrail anlaşmaya qayıtmağın İranın atom silahlarını gəlişdirməsinə zəmin yaradacağına inanır. Açıqlamada İsrailin İranın atom silahı əldə etməsinin qarşısını almaqda qərarlı olduğu, habelə Təl-Əvivin bu məsələdə mövqeyini dəyişdirmədiyi vurğulanıb. Bildirək ki, rəsmi Vaşinqton İranın bütün öhdəliklərini yerinə yetirəcəyi halda atom anlaşması barədə danışıqlara başlayacaqlarını açıqlayıb. Xatırladaq ki, 8 mey 2018-ci ildə Amerikanın keçmiş prezidenti Donald Tramp BƏRCAM anlaşmasından çıxdığını elan edib. Beləliklə, Amerika İrana qarşı təhrimləri yenidən icra edib. Daha sonra İran BƏRCAM-dakı bəzi öhdəliklərindən geri çəkildiyini açıqlayıb.

Related Articles

Bir cavab yazın

Back to top button