İran

Təbrizə su xəttinin çəkilməsi layihəsinin icrasi gecikə bilər

Xatəmulənbiyə qərargah rəisinin dəyişməsi ilə Araz çayı suyunun Təbrizə çəkilməsi ilə ilgili hazırlanan projənin icrasında çətinliklər yarana bilər. Bu sözləri Şərqi Azərbaycan ustandarı Məhəmmədriza Purməhəmmədi deyib. Onun sözlərinə görə, Səid Məhəmmədin Xatəmulənbiya qərarqahının rəisi vəzifəsindən uzaqlaşması icraya yönəldilmiş bir sıra məsələlərin gecikdirilməsinə səbəb ola bilər. Ustandar ötən aylarda bir sıra ürətim şirkətlərinin enerji təminində də çətinliklərin olduğunu açıqlayıb. O, bu məqsədlə Enerji vəzirliyi ilə imzalanan protokolla sözügedən problemlərin aradan qaldırılacağına ümid etdiyini vurğulayıb.
Məlumata görə, Təbrizə su xəttinin çəkilməsi projəsi 680 milyon yoro dəyərindədir. Bu projə 22 şəhər və 169 kəndin su ehtiyacının təmin edilməsi məqsədilə həyata keçiriləcək. Projənin yekunlaşması ilə Təbriz başda olmaqla, bir çox Azərbaycan şəhərinin su ehtiyacının qarşılanacağı gözlənilir.
Qeyd edək ki, illərdir davam edən projədə geniş maddi fəsadın işləndiyi ilə bağlı bir sıra iddalar mövcuddur.

Related Articles

Bir cavab yazın

Back to top button