İran

Təbriz bazarında iş yerləri yanacaqla təmin olunub

Təbriz Tarixi Bazarının Dünya üzrə portalının verdiyi məlumata görə, “Təbriz bazarı dünya üzrə əsərlər sırasında səbt olunduğu üçün bazarda qaz borusunun çəkilməsinə icazə verilmir. Buna görə də əsnaflar istiliyin təmin edilməsinə ağ nəftdən istifadə edirlər. Ancaq tarixi toplunun kəsb pərvanələri olmayan iş vahidləri yanacaq payı ala bilməyib. Şərqi Azərbaycanın Nəft Məhsullarının Yayımı Milli Şirkətindən bildirilib ki, bazara yetərincə ağ nəft verilib və yanacaqla təmin edilməmiş iş yerlərinin də nəftlə təminatı üçün gərəkən işlər görülür. Bazarın hüdudlarında yerləşmiş hər hansı bir iş yerinin sahibləri lazımi yanacağı iki halda ala bilərlər. Əsnaflar ittihadiyəsi vasitəsilə ağ nəft əldə etmək üçün sözügedən quruma müraciət ediblər. İkinci halda isə qurumun rəsmi internet səhifəsinə daxil olmaqla elektron qeydiyyatdan keçib məhsulu təhvil ala bilərlər.

Related Articles

Bir cavab yazın

Back to top button