İran

Təbriz-İstanbul arasında fövqəladə uçuşlar baş tutacaq

Təbriz-İstanbul üzrə Təbriz hava limanından ikitərəfli iztirari uçuşlar təşkil ediləcək. Bunu Şərqi Azərbaycan ustanının Hava Limanları İdarəsinin rəisi Azəri deyib. “Təbriz-İstanbul üzrə 6601 saylı iztirari uçuş mehrin 4-ü saat 15:00-da gerçəkləşəcək. Uçuş A320 uçzaqları ilə “Ata Air” uçuş şirkəti tərəfindən təşkil olunacaq. İstanbul-Təbriz üzrə 6602 saylı uçuş isə eyni gün saat 18:00-da baş tutacaq”,-deyə o, bildirib. Azərinin sözlərinə görə, koronavirusla mübarizə üçün Təbriz Hava Limanında qabaqlayıcı və davamlı tədbirlər görülür. Qeyd edilən uçuşun müsafirlərinin Təbriz hava limanına gələrkən monitorinqi və yoxlanılması ilə bağlı lazımı tədbirlər görülür. Bu işlər hava limanında fəaliyyət göstərən mərz sağlamlıq servisi tərəfindən həyata keçirilir.

Related Articles

Bir cavab yazın

Back to top button