Azərbaycanİran

Təbriz komandası yenə cəzalandırıldı.

İran Futbol Federasiyası Təbrizin “Traktor” klubunu növbəti dəfə cəzalandırıb.

Təbriz komandasının tərəfdarlarının bundan əvvəl stadionda idmana aidiyyəti olmayan şüarlar səsləndirmələrinə görə Premyer Liqanın 13-cü həftəsində “Traktor” və Tehranın “Paykan” komandaları arasında Təbrizdə keçiriləcək görüş tamaşaçısız baş tutacaq.

Bu, son 1 ay ərzində Təbriz komandasına qarşı ikinci cəza tədbiridir.

Noyabrın 25-də “Traktor” komandasının azarkeşləri Xuzistanın “Fulad” komandası ilə keçirilən görüşdə milli şüarlar səsləndirdikləri üçün Azərbaycan komandası 100 milyon tümən cərimə edilmişdi.

Qeyd olunan görüşdə azərbaycanlı azarkeşlər “Türk dilində mədrəsə, olmalıdır hər kəsə!”, “Azərbaycan var olsun, istəməyən kor olsun!” kimi milli şüarlar səsləndiriblər.

İran Futbol Federasiyası Azərbaycan dilində səsləndirilən şüarları qeyri-etik hesab edib.

Related Articles

Bir cavab yazın

Back to top button