İran

Təbriz Məhkəməsi Güney azərbaycanlı fəal barədə cəza hökmü verib

Azərbaycanlı siyasi və mədəni fəal Məhəmməd Mahmudi Təbriz Cəza Məhkəməsinin 112-ci şöbəsi tərəfindən 7 milyon tümən cərimələnib.

Məhəkəmə onun barəsində bir il həbs cəzası qarşılığında 6 milyon tümən və şallaq cəzası qarşılığında 1 milyon tümən cərimə hökmu çıxarıb.

Azərbaycanlı fəal, Ələhvaz şəhərində yaşayan ərəblərin kütləvi etirazlarına dəstək olaraq mordadın 2-də Təbrizdə küçə etirazları zamanı İranın əmniyət qüvvələri tərəfindən tutulub və 30 milyon tümən girov qarşılığında iki gün sonra azad edilib.

Bildirək ki, Məhəmməd Mahmudi daha öncə də mədəni fəaliyyətlərinə görə bir neçə dəfə tutularaq həbs cəzasına məhkum edilib.

Related Articles

Bir cavab yazın

Back to top button