İran

İran ordusu və SEPAH “həssas mərkəzləri müdafiə etmək” üçün birgə manovr keçirirlər

İran Ordusu və Sepah ölkənin mərkəzi bölgələrinin hava alanlarında birgə manovr keçirir.

Verilən bilgilərə görə, bu manovr 20 mehr, çərşənbə axşamı günündən başlayaraq iki gün davam edəcək və manovrda İran Ordusunun Hava Hücumundan Müdafiə Qüvvələri və Sepahın Hava Qüvvələri iştirak edirlər.

SEPAH-a bağlı “Xatəm-ol-Ənbiya” Birgə Hava Hücumundan Müdafiə Qərargahının fərmandehi, jeneral Qadir Rəhimzadə birgə özəl “pədafənd” manovrunun əməliyyat mərhələsinin ölkənin mərkəzi kəvir bölgəsində keçiriləcəyini bildirib.

Keçirilən manovr “Vilayət asimanının müdafiəçiləri-1400” adlanır və İranın nizami yetkililərinə görə, manovrda insansız uçaqlardan istifadə ediləcək.

Jeneral Rəhimzadə bu manovrun keçirilməsi hədəflərindən birinin İranın “həssas və həyati əhəmiyyətli mərkəzlərinin müdafiə edilməsi” kimi dəyərləndirib.

Xatırladaq ki, İranın atom mərkəzlərinin bir çoxu ölkənin mərkəzi bölgələrində, əsasən “İsfahan və Mərkəzi” əyalətlərində yerləşir.

İranın son vaxtlar ardıcıl manovr keçirməsi ilə eyni vaxtda, Azərbaycan Müdafiə vəzirliyi də oktobrın 11-dən başlayaraq Bakı bölgəsində istehsalat və enerji təchizatı məkanlarının qorunması üçün iki günlük manovr keçirəcəyini açıqlayıb.

Related Articles

Bir cavab yazın

Back to top button