Azərbaycan

“Təbriz ölkədə layiq olduğu yerdə deyil”- Yeni bələdiyyə başçısı

Bələdiyyə başçısı Təbrizin layiq olduğu yerdə olmadığını deyib.

Təbrizin yeni bələdiyyə başçısı Yəqub Huşyar Təbrizin İranda layiq olduğu yeri tutmadığını deyib və bunun həlli üçün daha səmərəli fəaliyyətlərin olmasının vacibliyini söyləyib.

“Bir zamanlar ölkənin siyasi. İqtisadi həyatında lider şəhər sayılan, İranın sənaye qapısı olan Təbriz hal-hazırda infrastruktur problemləri ilə üz-üzə qalıb”-deyə, bələdiyyə başçısı bildirib.

O, bunun səbəbləri kimi məsulların birgə çalışmadıqlarını, yanlış idarəetmə üsulunu və mövcud potensiallardan istifadə etməmək olduğunu deyib.

Qeyd edək ki, aprelin 5-də Təbriz Şəhər Şurasının toplantısı keçirilib və səsvermədən sonra Yəqub Huşyarın Təbrizin 58-ci bələdiyyə başçısı seçilməsi təsdiq olunub.

Related Articles

Bir cavab yazın

Back to top button