İran

“İranın maliyyə resurslarının Beynəlxalq Valyuta Fondunda dollara çevrilməsinə icazə verməyəcəyik”-Amerika rəsmisi

"İranın maliyyə resurslarının Beynəlxalq Valyuta Fondunda dollara çevrilməsinə icazə verməyəcəyik"- Bunu Amerikanın maliyyə naziri Canet Yellen deyib.

Amerikanın maliyyə naziri deyir ki, Vaşinqton İran vəsaitlərinin Beynəlxalq Valyuta Fonduna dollarla köçürülməsinə icazə verməyəcək.

Canet Yellen aprelin 7-də deyib ki, İran Beynəlxalq Valyuta Fondundakı “ASD” resurslarına daxil ola bilməyəcək.

İran 2019-cu ilin sonlarında koronavirus epidemiyasının təsirləri ilə mübarizə üçün Beynəlxalq Valyuta Fondundan 5 milyard dollarlıq kredit üçün müraciət edib.

Son iki il ərzində beynəlxalq qurum koronovirusun təsirləri ilə mübarizə aparmaq üçün kreditə ehtiyacı olan ölkələrə on milyardlarla dollar borc verib.

Fond hələ rəsmi olaraq İrana cavab verməyib, ancaq Amerikanın bir neçə yüksək vəzifəli rəsmisi 2019-cu ilin aprelində “Wall Street Journal”-a bildiriblər ki, ölkə İranın Beynəlxalq Valyuta Fonduna kredit müraciətinin təsdiqlənməsinə mane olmaq istəyir.

Onlar bildiriblər ki, İran kreditdən koronovirusla mübarizə aparmaq əvəzinə özünün zəifləmiş iqtisadiyyatını bərpa etmək və özünə bağlı terror qruplarını gücləndirmək üçün istifadə edə bilər.

Related Articles

Bir cavab yazın

Back to top button