İran

TƏBRİZ ŞƏHRDARİSİNİN NEÇƏ MÜDİRİ TUTUQLANIB?

Yayılan məlumata görə, dünən Təbriz şəhrdarisinin üç müdiri tutuqlanıb. Bu müdürlər dördüncü şəhər şurasındakı maddi fisadlarla bağlı həbs olunublar.
Təbrizin Şəhrdarı Şəhin Baher tutuqlanan müdirlərin ittihamlarından xəbərsiz olduğunu iddia edib. Təbriz şəhrdarı tutuqlanan insanların sorğu-sualının davam etdiyini bildirib. Bunun üçün ittihamların məhkəmə sistemi tərəfindən açıqlanmadığıni əlavə edib.
Qeyd edək ki, bir müddət öncə Təbrizin birinci məntəqə Şəhrdarı Riza Paknəhad da maddi ittihamlarla bağlı ittilaat quvvəsi tərəfindən tutuqlanıb. Paknəhadın tutuqlanmasının da dördüncü şəhər şurasının zamanında baş verən mali xilaflarla ilgili olduğu haqqında məlumat yayımlanıb.
Geçən il Təbrizin sabiq Şəhrdarı Sadiq Nəcəfi də bənzər ittihamlarla tutuqlanıb, ancaq daha sonra 30 milyard tümənlik dəyərində bir vəsiqə qarşılığında müvəqqət azad edilib.
Təbrizin dördüncü şəhər şurasında baş verən maddi fisadlar 1395-ci ildə də neçə üst rütbəli müdirin tutuqlanmasına səbəb oldu. İranın məhkəmə sistemi heç zaman tutuqlananların və işlənən fisadların cüziyyatını şəffaf bir şəkildə açıqlamadı. Bu üzdən bir çox doğruluğu təyid edilməyən xəbər və iddia da ortaya çıxıb.
Onlardan bir Təbrizin sabiq ustandarı və Əhmədinejada yaxın millət vəkili Əhməd Əliriza Beygini misal çəkmək olar. Habelə Əliriza Dəbiri kimi Təbrizin şəhər şurasının nufuzlu üzvlərinin də olunan maddi fisadlarda əli olduğu haqqında bir çox iddia var.
Bu aralarda bəzi şəhər şurasının iclaslara qatılmamasıyla birlikdə ayrı üzvlərin də maddi fisadlarla bağlı tutuqlanma ehtimalı güclənib.
Xatırladaq ki, İranın idari sistemi ən bağlı və qeyri şəffaf sistemlərdən sayılır ki, çoxlu maddi fisad baş verir. Ancaq hakimiyyətin şəffaflığı olmadığı və azad rəsanələrin işinə imkan verilmədiyi üçün bir çox mali pərvəndə millətin gözündən uzaq ört-basdır edilir.

Related Articles

Bir cavab yazın

Back to top button