Azərbaycanİran

Təbriz Tibb Elmləri Universitetinin öyrəncilərinin təhsildən uzaqlaşdırılması və akademik sürgün edilməsi

Səhiyyə Nazirliyinin Mərkəzi İntizam Şurasının qərarı ilə Təbriz Tibb Elmləri Universitetinin ən azı 8 öyrəncisi təhsildən məhrum və akademik sürgünə məhkum ediliblər.

Səhiyyə Nazirliyinin Mərkəzi İntizam Şurasının qərarı ilə əczaçılıq fakültəsinin öyrəncisi Əmirhüseyn Pəhləvaninin 3 semestr, tibb fakültəsinin öyrəncisi Riza Ənsariyanın 3 semestr təhsil alması qadağan edilərək Urmiyədə təhsil almaq üçün sürgün hökmü alıb və tibb bacısı öyrəncisi İlahə Əşrəfpura 2 semestr təhsildən qadağan edilib və Urmiyədə təhsil almaq üçün sürgün hökmü alıb. Əczaçılıq fakültəsinin öyrəncisi Əli Pərvinisə 3 semestr təhsildən uzaqlaşdırılaraq Ərdəbilə akademik sürgün edilib və əczaçılıq öyrəncisi Süheyla Sepidedam isə 4 semestr müddətinə təhsildən məhrum və Əhvaza akademik sürgün edilib.

Həmçinin Səhiyyə Nazirliyinin Mərkəzi İntizam Şurasının qərarı ilə tibb fakültəsinin öyrəncisi Məhəmməd Əmin Sultanzadə 3 semestr müddətinə təhsildən məhrum edilərək Kaşan şəhərinə akademik sürgün, tibb fakültəsinin öyrəncisi Mirmehdi Musəviyan isə 3 semestr müddətinə təhsildən məhrum edilib və Simnan şəhərinə akademik sürgün cəzasına məhkum edilib.

Alınan bilgilərə görə, 7 mart 2023-də İranda qız məktəblərində şagirdlərin kimyəvi hücumlarına etiraz edən bu öyrəncilər nazirliyin Mərkəzi İntizam Şurasının əmri ilə 1-2 il müddətinə təhsildən məhrum ediliblər və ondan sonra Urmiya, Ərdəbil, Əhvaz, Simnan və Kaşan kimi başqa şəhərlərə sürgün cəzası alıblar.

Related Articles

Bir cavab yazın

Back to top button