Azərbaycan

Təbrizdə ağacların kəsilməsi etiraz doğurub

Təbrizli sosial media və çevrə fəalları ağacların kəsilməsi, ekologiyanın məhv edilməsi ilə yeni videolar paylaşıblar.

Təbrizin “Elgölü” parkı yaxınlığında, Təbrizin 2-ci bələdiyyəsi ərazisinin “Bağçaban” bölgəsində baş verən hadisə əhalinin narazılığı ilə qarşıaşıb və yerli media tərəfindən işıqlandırılıb.

Çevrə fəalları ağacların kəsilməsi iılə bağlı rəsmi qurumların hər hansı açıqlama vermədiklərini bildirərək məsələnin ictimailəşdirilməsini istəyiblər.

Qısa müddət bundan öncədə Təbrizin Kəsayi magistralında yüzlərlə ağacın kəsilməsi etirazlara səbəb olmuşdu.

Qeyd edək ki, bir neçə il öncəəyə kimi bağlarının və yaşıllıq zolaqlarının çoxluğuna görə İranda ən yaşıl şəhərlərdən biri hesab edilən Təbriz hal-hazırda yaşıllığın kəskin azalmasına görə boz şəhərlər sırasında yer almaqdadır.

Related Articles

Bir cavab yazın

Back to top button