Azərbaycan

Təbrizdə ağır yol qəzası: 2 ölü, 1 yaralı

Təbrizdə ağır yol nəqliyyat qəzası baş verib. Bu barədə Təbriz Yanğınsöndürmə İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin başçısı Siyamək Novruzi məlumat verib.

Siyamək Novruzinin sözlərinə görə, qəza yanvarın 6-dan 7-ə keçən gecə Kəndrud-Təbriz yolunda olub.

İki minik avtomobilinin evakoaturla toqquşması nəticəsində 2 sərnişin hadisə yerində dünyasını dəyişib.

Avtomobillərdən birinin sürücüsü isə ağır bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb.

Related Articles

Bir cavab yazın

Back to top button