İran

Təbrizdə Azərbaycana dəstək mitinqi zamanı milli fəallar həbs edilib

Ermənistanın Azərbaycana nizami həmləsi nəticəsində şəhid olanlara görə Azərbaycan xalqına başsağlığı vermək üçün Təbrizdə mitinq olub. Azərbaycanın Təbrizdəki Baş Konsulluğunun qarşısında mitinq keçirən bir qrup fəal tutuqlanıb.

ANT xəbərin əldə etdiyi bilgilərə görə, mitinq zamanı ən az 10 nəfərin tutuqlandığı təyid olunub. Tutuqlananlar arasında milli fəallar Rəhim Sasanian, Həkimə Əhmədi, Sədulla Sasanian, Yasəmin Zəfəri, Rəsul Rəzəvi, Salar Tahir Əfşar, Həmid Cabbarlı və.s var.

Həmid Cabbarlının qardaşı Ramin Cabbarlının ictimai şəbəkə hesablarında yaydığı xəbərə görə, Həmid Cabbari Ermənistanın Tehrandakı səfirliyinin qarşısında tutuqlanıb.

Xatırladaq ki, ötən gün ictimai şəbəkələrdə Cənubi Azərbaycan xalqına çağırış edilib. Çağırışda, Azərbaycan xalqına başsağlığı vermək üçün 26 tir, cümə axşamı insanlar Azərbaycanın Təbrizdəki Baş Konsulluğunun qarşısında dinc mitinqə qatılmaları üçün dəvət edilib.

Çağırışda mitinqin Azərbaycanın başqa şəhərlərində də keçiriləcəyi bildirilib.

Habelə vurğulanıb ki, Ermənistanın Azərbaycanın yaşayış məntəqələrinə nizami həmləsinə etiraz olaraq 26 tir, cümə axşamı günü Ermənistanın Tehrandakı səfirliyi qarşısında mitinq keçiriləcək.

Related Articles

Bir cavab yazın

Back to top button