İran

Təbrizdə azərbaycanlı siyasi məhbusa dəstək davam edir- Görüntülər

Tir ayının 15-də Təbrizin milli-mədəni fəalları siyasi məhbus Əlirza Fərşiyə dəstək kəmpeynini davam etdiriblər.

Siyasi məhbusun görüntüləri şəhərin xiyavanlarında və meydanlarında paylanılıb. Divarlara “Əlirza Fəriyə azadlıq” şüarı yazılmış pusterlər və banerlər asılıb. Milli fəallar bununla diqqəti azərbaycanlı siyasi məhbusun durumuna cəlb etməyə çalışıblar.

Divarlara, maşınlara və ictimai yerlərə “Əlirza Fərşinin həyatı təhlükədədir” yazılmış plakard və pusterlər asılıb.

Bildirək ki, son üç gündə milli fəallar Təbriz, Ərdəbil və Mərənd şəhərlərində oxşar kəmpeynlər keçirib, divarlara “Əlirza Fərşi azad olunmalıdır”, “İnsan azadlığa məhkumdur” məzmunlu şüarlar yazıblar. Siyasi fəallar bu addımlar siyasi məhbus Əlirza Fərşinin həyatının təhlükədə olduğu barədə İran hökumətini uyarıblar.

Tir ayının 14-də Mərənd şəhərində də Əlirza Fərşiyə dəstək kəmpeyni keçirilib. Mərənd şəhərinin milli-mədəni fəalları “Əlirza Fərşinin həyatı təhlükədədir”, “Azərbaycanlı siyasi dustaqlar bizim qırmızı xəttimizdir” məzmunlu pusterlər yayıb, şəhər körpüsü üzərinə baner asıblar.

Related Articles

Bir cavab yazın

Back to top button