Azərbaycanİran

Təbrizdə Bəsic üzvü öldürülüb

Təbrizdə SEPAH-ın nəzdində olan yarımhərbi Bəsic qüvvələrinin üzvü Əmir Hüseynpur öldürülüb. Bu barədə SEPAH-ın Şərqi Azərbaycanda yerləşən "Aşura" qərargahı məlumat yayıb.

Hüseynpurun dörd gün öncə xidməti vəzifəsini yerinə yetirərkən bir nəfər tərəfindən döyüldüyü və xəstəxanaya köçürüldükdən sonra iyulun 16-sı axşam saatlarında həlak olduğu bildirilib.

Hücumçunun kimliyi və həbs edilib-edilmədiyi barədə hər hansı açıqlama verilməyib.

Öldürülən Bəsic üzvünün vətəndaşların geyim tərzləri və şəxsi həyatlarına müdaxilə edən “Rəzəviyyun” patrulunda qulluq etdiyi məlum olub.

Related Articles

Bir cavab yazın

Back to top button