İran

Təbrizdə bir neçə metrostansiya müvəqqəti işləməyəcək

Təbrizin 1-ci metro xəttinin 3-cü fazı bir həftə fəaliyyət göstərməyəcək. Məsələ ilə bağlı Təbrizin Şəhər Qatarı Bəhrəbərdari Şirkətinin amil müdiri Bəhram Fərhuxt açıqlama verib. Onun sözlərinə görə, Təbrizin 1-ci Metro Xəttinin 3-cü fazı azər ayının 6-dan bir həftə müddətinə fəaliyyətini dayandırır. Şirkət rəsmisi bildirib ki, həmin metro xəttinin 3-cü fazında ümran işləri görüləcək.
Həmin müddətdə Təbrizin 1-ci Metro Xəttinin 3-cü fazının Köhnə Meydan Dayanacağından Lalə şəhərciyinin Nur Dayanacağına kimi yerləşən dayanacaqlarda müsafir daşıma xidməti göstərilməyəcək.

Related Articles

Bir cavab yazın

Back to top button