Azərbaycanİran

Təbrizdə çörək yenidən bahalaşıb

Novruz bayramı ərəfəsində Təbrizin əksər çörəkçilərində müxtəlif növ çörəklərin qiyməti bahalaşıb.

Əvvəlcədən xəbərdarlıq edilmədən verilən qərar narazılıqla qarşılanıb. Yerli sosial media istifadəçiləri isə məsələ ilə bağlı paylaşımlarında bunu “məsulların təbrizlilərə bayram hədiyyəsi” adlandırıblar.

Qəfil qiymət artımına qarşı etirazların çoxalması, eləcə də vətəndaşlarla çörəkçilər arasında qarşıdurmaların artmasından sonra İran mediası məsələ ilə bağlı xəbərlər dərc edib. Dövlət mediası qiymət artımının əyalət məsullarının qərarı kimi qələmə verməyə çalışıb.

2023-cü ildə İranın 14 əyalətində çörəyin qiyməti 40% bahalaşıb.

#Tabriz

Related Articles

Bir cavab yazın

Back to top button