Azərbaycanİran

Təbrizdə etiraz aksiyaları keçirilir

Şəhərin mərkəzi küçələri ilə yanaşı Universitetə yaxın bölgələrdə, o cümlədən Vəliəsr məhəlləsində çox sayda xüsusi təyinatlı qüvvələr toplanıb.

Günortadan sonra Təbrizin mərkəzi küçələrində, xüsusilə Şahnazda etiraz aksiyaları yenidən başlayıb.

“Ölüm olsun diktatora”, “Durub baxan biqeyrətdir”, “Azadlıq, Ədalət, Milli hökumət” şüarları səsləndirən aksiyaçıların sayının gecə saatları dahada çoxaldığı bildirilir.

Tərbiyət, Firdovsi, Barnavak küçələrində xüsusi təyinatlı qüvvələr və SEPAH üzvləri ilə aksiyaçı gənclər arasında qarşıdurmalar yaşanıb.

Hökumət məmurlarının müxtəlif qruplara bölünənərək bir neçə bölgədə aksiya keçirən etirazçıların qarşısını almaqdan aciz qaldıqları qeyd olunur.

Həbs olunanların olduğu bildirilsə də, hələlik onların kimliyi dəqiqləşdirilməyib.

Related Articles

Bir cavab yazın

Back to top button