İran

Təbrizdə ictimai məkanlarda toplaşmaq qadağan edilib

“Sitadın təsvib etdiyinə əsasən, şəhərin əyləncə və gəzinti mərkəzlərində istənilən halda hər hansı bir toplaşmaq qadağandır. Bu müsəvvəbəyə görə, şəhərin bütün gəzinti, əyləncə mərkəzləri, o cümlədən El Gölü şəhər bağı, Eynalı Dağının gəzinti yerlərində toplaşmaq qadağan olunur. Bu yerlərdə koronavirusla ilgili məhdudiyyətlər tətbiq edilir”.
Bu fikirləri Təbrizin Şəhrdarisində yerləşən Korona ilə Mübarizə Sitadının rəisi Məhəmməd Hüseyn Həsənzadə səsləndirib.
Onun sözlərinə görə, baş verə biləcək qanun pozuntuları ilə bağlı müvafiq cinayət işi açılacaq.
Məhəmməd Hüseyn Həsənzadə Korona Sitadının müsəvvəbələrinə riayət edilmədiyinə görə El Gölü Əyləncə Şəhərciyinin plomb olunduğunu qeyd edib

Related Articles

Bir cavab yazın

Back to top button